İdman

Messi şəxsi antirekordunu təkrarladı

26 Yanvar 2020 14:31
0 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 21-ci turunun Valencia ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. "Kamp Nou"da Deportivo ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.

Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, Valencia isə turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.