İdman

"Fənərbağça" İstanbul derbisini 2 cavabsız qolla qazandı

25 Yanvar 2020 23:52
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 25-də Türkiyə Superliqasının XIX turunda İstanbul derbisi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Şükrü Saracoğlu" stadionunda keçirilən oyunda "Fənərbağça" "İstanbul Başakşəhər"ə iki cavabsız qolla qalib gəlib - 2:0. Görüşdə vurulan qolların müəllifi Maks Kruze (72) və Vedat Muruqi (86) olub.

Günün digər qarşılaşmalarında "Alanyaspor" səfərdə "Kasımpaşa"nı 2:1 hesabı ilə məğlub edib. "Kayserispor" - "Antalyaspor" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Turun digər görüşləri yanvarın 26-da və 27-də keçiriləcək.

Hazırda turnir cədvəlində "Sivasspor" klubu 40 xalla vahid liderdir. "Fənərbağça" 37 xalla ikinci, "İstanbul Başakşəhər" 36 xalla üçüncüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.