İdman

"Qarabağ" bu gün iki oyuna çıxacaq

25 Yanvar 2020 11:23
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün 2  yoxlama oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun kollektivi əvvəlcə Çexiyanın "Siqma" komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 12:30-da start götürəcək.

Ağdam təmsilçisi 2-ci yoxlama görüşündə sabiq futbolçusu Jakub Jezniçakın hazırkı komandası olan Polşanın "Visla"sı ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18:30-da başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə üstələyib - 1:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.