İdman

2,5 ton kokain göndərən millinin sabiq futbolçusu məhkəmə önünə çıxır

25 Yanvar 2020 08:58
0 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiya millisinin sabiq futbolçusu Con Viafaranı ağır həbs cəzası gözləyir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, keçmiş idmançı ABŞ-da məhkəmə qarşısına çıxacaq.

O, "Cal del Golfo" narkotik kartelinin üzvü olduğu üçün saxlanılıb. Viafara əlbir olduğu şəxslərdə ABŞ-a 25 milyon dollar dəyərində 2,5 ton kokain göndərib.

Şimali Amerika ölkəsində onun həbsi üçün order verilib. Hələ ötən il vətənində həbs olunan futbol veteranı bugünlərdə təyyarə ilə ABŞ-a göndərilib. Onun məhkəməsi Texas ştatında olacaq.

Qeyd edək ki, Avropada "Portsmut", "Sauthempton" (hər ikisi İngiltərə), "Real-Sosyedad" (İspaniya) klublarında forma geyinmiş Viafara yığmada 43 oyun keçirib, 1 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.