İdman

Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandılar

20 Yanvar 2020 07:00
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeniyetmə və gənclərdən ibarət milli komandamız, baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirində 10 medal qazanıb.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, mükafatların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür.

Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər) arasında çempion olub. Fərid Savadov (-57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutub. Sultan Hüseynov və Ramil Baxşəliyev (-55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (-68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (-68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (-50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıb. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.

Karateçilərimiz 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatına hazırlıqları davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.