İdman

"İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm" - Qvardiola

19 Yanvar 2020 15:57
0 Şərh     Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandadan ayrılacağı haqda xəbərlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı "Sky Sports"a açıqlamasında maraqlı fikirlər səsləndirib:

"Dəfələrlə demişəm ki, "Mançester Siti" istefaya göndərməsə, heç yerə getməyəcəyəm. Mən 100 faiz burada növbəti mövsümdə qalmağa hazırlaşıram və ona görə yox ki, biz son iki oyunu udduq və son aylar əla oynadıq. Oyunçularla işləmək xoşuma gəlir, hətta əgər hər şey pis olsa və biz Çempionlar Liqasına düşməsək, mən getməyəcəyəm".

Qeyd edək ki, Qvardiolanın "şəhərlilər"lə 2021-ci ilin iyun ayına qədər müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.