İdman

Ailəsi "Qarabağ"a gəlməsinə icazə vermədi

18 Yanvar 2020 20:27
0 Şərh     Baxış: 1 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" iki gün əvvəl yeni transfer etməyə yaxın olsa da, bu, son anda reallaşmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində  "Akademiya Klinçeni" ilə yoxlama oyunundan (2:2) sonra bildirib.

47 yaşlı mütəxəssis deyib ki, futbolçunun özü və klubu ilə razılığa gəlsə də, onun ailəsi Azərbaycan çempionatına gəlməsinə icazə verməyib. Q.Qurbanov həmin futbolçunun yarımmüdafiəçi olduğunu söyləsə də, adını və oynadığı klubu açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.