İdman

“Sabah” “ənənə”ni pozdu

16 Yanvar 2020 08:13
0 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının uğursuz oyunları başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bütün yoxlama görüşlərində uduzan təmsilçilərimizin bu "ənənə"sinə "Sabah" "dur" deyib.

Paytaxt təmsilçisi bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Jelko Sopiçin yetirmələri Belekdəki "Titanik Mardan" stadionunda Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə "Pakş"la (Macarıstan) qarşılaşan "Sabah" 0:2 hesabı ilə məğlub olub. Qonşu ölkədəki digər komandalarımızdan "Zirə", "Qəbələ", "Neftçi", "Sumqayıt" və "Səbail" də ilk sınağında uduzub.
 
Yoxlama görüşü
15 yanvar
"Sabah" - "Akademika Klinçeni" (Rumıniya) 0:0

Belek. "Titanik Mardan" stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.