İdman

"ABŞ-da oynamağı çox istəyirdim" - Rüfət Dadaşov

14 Yanvar 2020 11:31
0 Şərh     Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millimizin futbolçusu Rüfət Dadaşov  ABŞ-ın ikinci Liqa təmsilçisi "Feniks Rizinq"la müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Almaniya üçüncü liqa təmsilçisi "Proyssen"dən ayrılan 28 yaşlı hücumçunun yeni klubu ilə müqaviləsinin detalları açıqlanmayıb.

R.Dadaşov müqavilə imzaladıqdan sonra açıqlama verib:

"2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri bu Amerikada futbolu yaxından izləyirəm və çox böyük inkişaf görürəm. Burdakı həyəcanın bir hissəsi olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra "Feniks Rizinq" oynamaq istəyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, qələbələrə kömək etməyi səbrsizliklə gözləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.