İdman

"Avropa çempionatında görüşmək üzrə" - Merih Demiral

14 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 1 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A Seriyasının 19-cu turunda "Roma" ilə matçında zədələnən "Yuventus"un futbolçusu Merih Demiralın son durumu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvünün sol dizinin çarpaz bağı qopub. Onun yaxın vaxtlarda əməliyyat olunacağı bildirilib.

İtaliya mətbuatı 21 yaşlı müdafiəçi mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcəyini yazıb.

M.Demiral son durumu ilə bağlı "Tvitter" hesabında yazıb: "Zədədən sonra mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında görüşmək üzərə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.