İdman

İtaliyada ayın ən yaxşı futbolçusu müəyyənləşdi

8 Yanvar 2020 17:53
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasında 2019-cu ilin dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Serbiyalı futbolçu dekabrda A Seriyasında iştirak etdiyi 4 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Milinkoviç-Saviç "Latsio"nun A Seriyasında "Yuventus"u 3:1 hesabıyla məğlub etdiyi oyunda komandasının ikinci qolunu vurmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.