İdman

“Millinin bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var”

6 Yanvar 2020 15:55
1 Şərh     Baxış: 1 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millinin formasını geyinən bəzi futbolçuların bukmeker kontorları ilə əlaqəsi var.

Milli.Az sportinfo.az-a istinadən məlumatına görə, belə bir iddia ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış edib. O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib.

PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.

AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.