"Barselona"nın hücumçusu Lionel Messi cərimə zərbələrini hansı üsülla yerinə yetirməsi haqda açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 6 dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Messi öz açıqlamasında son illər cərimə zərbələri ilə fərqli işlədiyini bildirib.
"Son illər cərimə zərbələri ilə fərqli işləyirəm. Artıq zərbə zamanı qapıçının zərbəyə qədər hərəkət edib-etmədiyinə baxıram. Fikrimcə, belə xırda nüanslara fikir verməyə başlamışam deyə cərimə zərbəsindən daha çox qol vururam" - deyə Messi vurğulayıb.
Qeyd edək ki, Messi cari mövsüm ərzində "Barselona" forması ilə 18 oyuna 15 qol vurub.
Milli.Az