İdman

70 milyon funta Messi? Dəli olmusunuz?

26 Dekabr 2019 23:37
1 Şərh     Baxış: 2 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin sabiq icraçı direktoru Harri Kuuk "şəhərlilər"də işlədiyi dövrdə üzləşdiyi maraqlı hadisədən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, klub rəhbəri ilə işləyən Pairoj Piemqonsantla anlaşılmazlığa görə  2008-ci ildə  səhvən  "Barselona"nın lideri Lionel Messi üçün Kataloniya  klubuna təklif göndərdiklərini deyib:

"Konfransda idik. Pairoj transfer məsələləsi ilə məşğul olan Paul Oldraidc ilə danışırdı. Paul işlərin nəzarətdən çıxdığını deyib, nə edilməli olduğunu soruşdu. Bu vaxt Pairoj "Bu məsələ çox, çox çətindir" (Very messy, messy, it getting messy) dedi. Biz Pairojun dediyini "Messini almağımız lazımdır" kimi başa düşdük.  Konfransdan sonra Paul yanıma gəlib,  nə etməli olduğumuzu soruşdu. Mən də "Təklif göndərək,  görək nə olur" dedim. Ertəsi gün Premyer Liqanın prezidenti Dav Riçards mənə zəng vurub, "Harri, siz Messiyə təklif göndərmisiniz? 70 milyon funta? Siz dəli olmusunuz?" dedi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.