"Qarabağ"ın bu mövsümün əvvəli yolları ayırdığı Con Delarj Çexiyanın "Dinamo" klubundan ayrılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Türkiyə birinci liqa təmsilçisi "Boluspor"a transfer olunub. O, artıq rəsmi müqaviləyə imza atıb. C.Delarjın komandanın qış təlim-məşq toplanışına qatılacağı bildirilib.
Qeyd edək ki, "Qarabağ" Delarjı ötən ilin iyul ayında "Bursaspor"dan transfer etmişdi.
Milli.Az