İdman

Cüdo üzrə Azərbaycan çempionatının bütün qalibləri məlum olub - FOTO

26 Dekabr 2019 08:08
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatının fərdi yarışları başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  kişilər arasında bütün çəki dərəcələrində qalib gələn cüdoçular bunlardır:

-60 kg Nəcəfov Yaşar
-66 kg Səfərov Orxan
-73 kg Vəliyev Telman
-81 kg Fətiyev Murad
-90 kg Mehdiyev Məmmədəli
-100 kg Mirzəyev Aslan
+100 kg Qəhrəmanov Şahin

Qadınlar

-48 kg Əliyeva Ramilə
-52 kg Məmmədova Zeynəb
-57 kg Munxtsedev İçinxorloo
-63 kg Qardaşxanlı Aytac
-70 kg Həsənli Günel
-78 kg Əmirli Nərmin
+78 kg Zutova Gözəl

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Medalların əyarına görə "Neftçi İdman Klubu" 1-ci yeri tutub. Sonrakı yerlərə "Judo 2012" və "Atilla" klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.

Xatırladaq ki, dekabrın 26-da komanda yarışları üzrə Azərbaycan çempionatı keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.