İdman

SOCAR "Fənərbağça"ya sponsor olur?

25 Dekabr 2019 20:24
Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə mətbuatında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı yeni iddia ortaya atılıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Fənərbaxça" İdarə Heyətinin üzvü Sərtaç Komşuoğlunun tvitter hesabından paylaşımı sponsorluq məsələsini yenidən gündəmə gətirib.

Belə ki, Komşuoğlu ötən ay "sarı-lacivərdlilər"ə sponsorluq edəcəyi iddiası ortaya atılan SOCAR rəsmilərindən Fuad İbrahimovla bir araya gəlib. Onun İbrahimovla çəkdirdiyi şəkli paylaşması "tərəflər arasında danışıqlara başlanıldı" kimi qələmə verilməsinə səbəb olub. "Fənərbaxça" rəsmisi şəklin üzərinə isə "SOCAR-ın önəmli ismi Fuad İbrahimovla birlikdəyik. Gündəmimiz sıxdı..." yazıb.

Qeyd edək ki, noyabrda bu məsələ gündəmə gəlmiş, SOCAR-ın 15 illik müqavilə qarşılığında "Fənərbaxça"nın ad sponsorluğu üçün 450 milyon avro ödəyəcəyi iddia edilmişdi. Lakin klub sonradan bu məlumatı təkzib etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.