İspaniya La Liqasının 18-ci turunda "Atletik"lə qarşılaşan "Real" ciddi itki ilə üzləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, kapitan Serxio Ramos cəzalı duruma düşüb.
Qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə alan müdafiəçi limiti doldurub. Buna görə 33 yaşlı futbolçu 19-cu turda "Getafe" ilə matçı buraxacaq.
Qeyd edək ki, Serxio Ramos "Real"ın heyətində keçirdiyi 628 oyunda 207 sarı, 7 qırmızı vərəqə alıb.
Milli.Az