İdman

Azərbaycanın sərbəst güləşçiləri Dağıstanda beş medal qazanıb

22 Dekabr 2019 22:03
0 Şərh     Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 21-də Dağıstanın Qarabudaqkənd rayonunda olimpiya çempionu Məhəmməd-Həsən Abuşevin şərəfinə sərbəst güləş üzrə açıq turnir keçirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 23 yaşadək güləşçilər arasında keçirilən yarışda olimpiya çəkiləri üzrə mübarizə baş tutub.

Turnirdə gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Azərbaycan millisinin bir neçə üzvü qüvvəsini sınayıb. Onlardan beşi fəxri kürsüyə qalxıb.

Davud İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gəlib. Saqadulla Ağayev (86 kq) gümüş, Şahin Muxtarov (57 kq), Aydın Əhmədov və İslam Abuyev (hər ikisi 125 kq) isə bürünc medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.