İdman

"Özil zədəli olmasa belə, heyətə daxil etməzdim"

22 Dekabr 2019 22:02
0 Şərh     Baxış: 1 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın müvəqqəti çalışdırıcısı Fredrik Lyunberq Premyer Liqanın 18-ci turunda "Everton"la (0:0) matçda  Məsut Özilin heyətə daxil edilməməsinin səbəbini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis türk əsilli yarımmüdafiəçinin "Mançester Siti" ilə oyundakı davranışına görə onu cəzalandırdığını deyib:

"Mançester Siti" ilə matçda əvəzlənərkən göstərdiyi reaksiya azarkeşlərin xoşuna gəlmədi. Bu vəziyyət haqda mənə sual veriləndə "Arsenal"da belə davrana bilmərik" cavabını vermişdim. Məsut zədəli idi. Amma zədəli olmasa belə, heyətə daxil etməzdim. Göstərmək istəyirəm ki, o, "Arsenal" futbolçusundan gözləmədiyim bir hərəkət edib.  Bu, mənim qərarımdır. Bundan sonra qərarları mən verməyəcəyəm, amma ən azından mənim düşüncəm belədir".

Qeyd edək ki, dekabrın 20-da "Arsenal"da baş məşqçi vəzifəsinə Mikel Arteta təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.