İdman

UEFA-dan Türkiyə millisinə əsgər salamı cəzası

21 Dekabr 2019 08:38
1 Şərh     Baxış: 2 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA  Türkiyə millisinin futbolçularının Avro-2020-nin seçmə mərhələsinin iki oyununda əsgər salamı verməsi ilə bağlı yekun qərarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əsgər salamı verən futbolçular - Merih Demiral, Umut Meraş, Burak Yılmaz, Mert Günok, Zeki Çelik, Cenk Tosun, Mahmut Tekdemir, Uğurcan Çakır, Yusuf Yazıcı, Hakan Çalhanoğlu, Okay Yokuşlu, Ozan Tufan, Sinan Bolat, Emre Belözoğlu, Deniz Türüç və İrfan Can Kahveciyə qınama cəzası verilib.
 
Əsgər salamı ilə yanaşı, Türkiyə ilə Fransa arasındakı oyunda tribunalarda yaşanan hadisələr də nəzərə alınmaqla Türkiyə Futbol Federasiyası isə 50 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.