İdman

Badmintonçularımız "Turkey Open 2019" turnirində çıxış edir - FOTO

21 Dekabr 2019 08:23
0 Şərh     Baxış: 534
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın badminton üzrə milli komandasının üzvləri Cahid Əlhəsənov, Səbuhi Hüseynov və Ezmi Qovimuramadhoni Türkiyənin Ankara şəhərində keçirilən "Turkey Open 2019" turnirində çıxış edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, badmintonçularımızdan mübarizəyə təsnifat mərhələsindən başlayan Cahid Əlhəsənov ilk görüşündə Eret Murat Güngora 2:0 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Ukrayna təmsilçisi Qlib Beketova 0:2 hesabı ilə uduzub. Səbuhi Hüseynov isə təsnifat mərhələsinin ilk görüşündə Yusuf Yaşara 0:2 hesabı ilə məğlub olub.

Mübarizəyə əsas mərhələdən qoşulacaq Ezmi Qovimuramadhoni bu gün Macarıstan badmintonçusu Gergeli Krauszla qarşılaşacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.