İdman

“El klasiko” günü mənzili qarət olundu

19 Dekabr 2019 13:54
0 Şərh     Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu Nelson Semedonun mənzili qarət olunub. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Hadisə ötən gecə keçirilən "Real"la oyundan bir neçə saat öncə baş verib. Amma futbolçuya dəyən ziyanın məbləği açıqlanmır.

Xatırladaq ki, son dövrlərdə Semedonun komanda yoldaşları Samuel Umtiti, Artur, Jerar Pike, Jordi Albanın, həmçinin "Real"da forma geyinən Kazemironun, Madrid təmsilçisinin baş məşqçisi Zinədin Zidanın da mənzili qarət olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.