"Neftçi" rəhbərliyinin qərarı qəbuledilməzdir" - Tərlan Əhmədov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
CBC Sport kanalında Premyer Liqa klublarının baş məşqçilərinin iştirakı ilə Tok-şou təşkil edib.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, verilişdə "Keşlə"nin çalışdırıcısı Tərlan Əhmədova "Neftçi" rəhbərliyindən incimisiniz" sualı ünvanlanıb. 48 yaşlı mütəxəssis cavabında bunları səsləndirib:
"Bir az çətin sualdır. Həmkarım (Roberto Bordin - red) qeyd etdi ki, "Neftçi" son 5 ildə nəticə qazanmamışdı və onların gəlişlərindən sonra uğur olub. Əfsuslar olsun ki, mən "Neftçi"ni qəbul edəndə 5 turdan sonra 1 xalı var idi. Mən ora dəvət ediləndə xahiş edilmişdi ki, "Neftçi" hücum futbolu oynamalıdır. Qarşımıza heç olmasa, 4-5-ci yerləri tutmaq hədəfi qoyuldu. Amma mən rəhbərliyə demişdim ki, komandanı mükafatçılar sırasında olmasına çalışacağıq. Mən işimi gördüm və son 4 il nəticə verməyən komanda 3-cü oldu.
İlk gəlişimdə Emin Mahmudovla Rəşad Sadiqovu komandaya dəvət elədim. Qışda isə 3 əcnəbi transfer etdik. Gənclərə də şans verirdik. Ömər Buludov və digərlərini oynadırdıq. Hər bir məşqçi istəyər ki gördüyü işin bəhrəsi olsun. Əgər biz mükafatçılar siyahısına düşürüksə, Avropada da çıxışımıza davam etmək istəyirik. İşimizin bəhrəsini təsnifat mərhələlərində görmək istəyirik. İşimizin bəhrəsini görmədik.
"Neftçi"ni rəhmətlik Böyükağa Hacıyevlə birlikdə Avropa Liqasının qrupuna çıxarmışdıq. O dövrdə təcrübə qazanmışdım, bilirdim ki, hardasa xeyrim dəyər. Mayda müqaviləm bitirdi. Gəncədə "Kəpəz"ə qarşı oyun keçirdik və qalib gəldik - 2:1. Sonra 8 gün işimə gəlib-getdim. Mənə kimsə müqavilə barədə nəsə demədi. Ona qədər bir neçə təklifim var idi, amma susdum. Düşündüm ki, işimi görmüşəm, yəqin davam edərik.
Mənə mayın 31-i dedilər ki, komandanı tərk etməlisən. Müşahidə Şurasının belə qərar verdiyini dedilər. Mən 9 ay ərzində Müşahidə Şurasından ancaq Çingiz Abdullayevi görmüşdüm. Onunla görüşümüz mükafatlandırma mərasimində baş vermişdi. Hər qələbədən sonra Çingiz müəllimin təbrik mesajları gəlirdi, bu gün də saxlamışam. Mən Müşahidə Şurasından bir adamı belə görməmişdim və mənə sonda deyilən bu oldu. İndiki klub rəhbərliyinin qərarı tək Tərlan Əhmədov üçün yox, digərləri üçün də qəbuledilməzdir. Çünki ordan çox adamlar getdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
XƏBƏR LENTİ
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)





