İdman

Evindən 67 milyon dollarlıq qızıl oğurladılar - FOTOlar

16 Dekabr 2019 19:04
0 Şərh     Baxış: 2 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1"in keçmiş sahibi və baş direktoru, milyardçı Berni Ekklstounun qızı, model Tamara Ekklstounun evi qarət olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Londonda yerləşən və mühafizə olunan evdən dəyəri 50 milyon funt (67 milyon dollar) qızıl-zinət əşyaları oğurlanıb. Hadisə ötən həftənin cümə günü baş verib.

Oğurlanan əşyalar arasında atasının Tamaraya toy hədiyyəsi olaraq verdiyi 80 min funt dəyərindəki bilərzik da var. Hələlik faktla bağlı saxlanılan yoxdur.

"Biz oğurluq faktının baş verdiyini təsdiqləyirik. Hazırda evin mühafizəçiləri bu məsələ ilə bağlı polislə əməkdaşlıq edir. Tamara və onun ailəsi qaydasındır. Amma o, baş verənlərə görə sarsılıb" - deyə modelin mətbuat xidmətindən bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.