İdman

İngiltərə Premyer Liqasından LGBT-ə dəstək kampaniyası - FOTO

9 Dekabr 2019 13:19
1 Şərh     Baxış: 734

İngiltərə Premyer Liqasında Rainbow Laces (göy qurşağı bağları) adlı kampaniya keçirilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kampaniya LGBT təşkilatının dəstəyinə və digər ayrıseçkiliyə qarşı nəzərdə tutulub. Artıq aksiyaya qadınların Premyer Liqası, aşağı diviziyonlar və Şotlandiya çempionatı da qoşulub.

Premyer Liqa Rainbow Laces aksiyasına dəstəyini 2016-cı ildə verməyə başlayıb. Həmin il LGBT təmsilçiləri "Stonuoll" futbol klubunu yaradıblar. 2017-ci ildə kampaniyanın xeyirxaqlıq fonduna "Mançester Yunayted", 2018-ci ildə isə İngiltərənin futbol assosiasiyası dəstək verməyə başlayıb. 

Artıq ardıcıl dördüncü ildir keçirilən kampaniya zamanı İPL-ı matçları zamanı LGBT-nin rəmzi olan göy qurşağı rənglərini hər yerdə görmək mümkündür - liqanın emplemində, kapitan sarğılarında, künc bayraqlarında, klubların sosial şəbəkə hesablarında, futbolçuların butslarının bağlarında və digər yerlərdə.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    .... · 9 Dekabr 2019 13:4441

    Boyuvuzu yere xosum

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.