İdman

Paul Poqba necə müsəlman olub? - Həyat hekayəsi

8 Dekabr 2019 12:29
3 Şərh     Baxış: 1 063

"Mançester Yunayted"in ulduzu Paul Poqba maraqlı açıqlamalar verib. 

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Qveniya əsilli fransalı futbolçu dini baxışları ilə bağlı danışıb.

20 yaşından əvvəl İslamı qəbul etdiyini bildirən Poqba deyib ki, dostları ilə birlikdə dua edib və özünü yaxşı hiss etdiyi üçün müsəlman olmaq qərarına gəlib. 

"Müsəlman olmaq məni çox dəyişdirdi. Həyatda bəzi şeylərin fərqinə vardım. Bələ ki, məni daha rahat insana çevirir. Anam müsəlman olsa da, mən müsəlman olaraq doğulmadım. Amma hər kəsə hörmət edərək böyüdüm. İslamın hər kəsin sandığı kimi terrorla əlaqəsi yoxdu. Mediadan oxuduğumuz, eşitdiyimiz şeylər çox fərqlidi. Tanımağınız vacibdi. İslam bütün insanlara və hər şeyə hörmətdi" deyə Poqba bildirib. 

Fransalı ulduz İslamın onu daha yaxşı insan etdiyini deyib: "Çox sayda müsəlman dostum var. Hər zaman danışırdıq. Özümü bir çox məsələdə sorğu-sual etdim. Sonra araşdırma aparmağa başladım. Dostlarımla bir dəfə dua etdik və fərqli şeylər hiss etdim. Özümü həqiqətən yaxşı hiss etməyə başladım. O gündən bəri davam edirəm. Gündə 5 dəfə ibadət etməyə məcbursunuz. Bu İslamın təməllərindən biridi. İbadət etməyin səbəbi bağışlanmağını xahiş etmək və sağlamlığın, sahib olduğun hər şey üçün şükür etməkdi. İslam həqiqətən zehnimi açdı və bəlkədə məni daha yaxşı bir insan etdi. O biri dünya haqqında isə çox fikirləşmirəm".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Zeris · 8 Dekabr 2019 14:0080

    En gozel din islam dinidir.pakliq birlik rahatliq dinidir islam.bizi muselman olaraq yaratdigi ucun ALLAHIM sene sonsuz sukurler olsun.

    Cavab yaz
    • Anonim
      O · 8 Dekabr 2019 16:2430

      Tam rqzıyam sizinlə

      Cavab yaz
  • Anonim
    REŞALA · 9 Dekabr 2019 09:5300

    MAŞALLAH

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.