"Komandamızdan yaxşı oyun gözləyirik" - Nikola Yurçeviç
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hər iki komanda üçün vacib oyun olacaq. Rəqibin hələ də şansları qalır. Biz isə yüksəlişi davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı oynamışdıq. Bəhreyni isə isti hava şəraitinə rəğmən, yenmişik. Üç cəzalı oyunçumuz, bəzi zədəlilərimiz var. Buna baxmayaraq, komandamızdan yaxşı oyun gözləyirik. Xorvatiyaya 0:3 hesablı məğlubiyyətlərinin fərdi səhvlərdən qaynaqlandığını düşünürəm. Onların öz meydanlarında gözəl oynayacaqlarını düşünürəm".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstan yığmasına qarşı keçirəcəkləri Avro-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, ardıcıl qollar vurmaları yaxşı haldır. O, Macarıstanla şəxsi oyunlardakı mənfi statistikaya son qoymağa çalışacaqlarını diqqətə çatdırıb: "Açığı, uğurlu nəticə təqdirində buradan özümlə nə aparmaq haqda düşünməmişəm. Ola bilsin, hər hansı suvenir və ya Macarıstan şərabı götürmək olar".
53 yaşlı baş məşqçi Mahir Emreli kimi hücumçusuz gəldiklərinə diqqət çəkərək, Ağabala Ramazanovun da özünü yaxşı tərəfdən göstərəcəyinə ümidvar olduğunu söyləyib: "Ümid edirəm ki, rəqib baş məşqçi Marko Rossinin sadaladığı yaxşı oyunçularımız siyahısına Ramazanov da qoşulacaq".
Yurçeviç Bəhreynlə qarşılaşmada zədə üzündən forma geyinməyən Qara Qarayevin hazırda vəziyyətinin yaxşı olduğunu və komandanı kapitan kimi meydana çıxaracağını əlavə edib. O, xəstəliyi ilə əlaqədar yoldaşlıq görüşündə çıxış etməmiş Pavel Paşayevin də hazırda formada olduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 13-də "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)





