İdman

14 yaşlı şahmatçımız DÜNYA ÇEMPİONU oldu

12 Oktyabr 2019 14:47
3 Şərh     Baxış: 1 687

Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi azərbaycanlı olub.

Həmyerlimiz Aydın Süleymanlı hamını qabaqlayaraq birinciliyə yüksəlib.

O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.

Milli.Az bildirir ki, "Qafqazinfo"ya açıqlama verən Aydın Süleymanlı təəssüratlarını bölüşüb: "Qalib gəldiyim üçün sevincliyəm. Sonuncu dəfə Dünya Çempionatı kubokunu Azərbaycana 2015-ci ildə gətirmişdilər. 4 ildən sonra onu Azərbaycana mən gətirdim. Bu ay başlayacaq olan 16 yaşlılar arasında Olimpiya Çempionatında iştirak edəcəm. İnanıram ki, Azərbaycana komandası uğurla çıxış edəcək".

Qeyd edək ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da bu uğuruna görə Aydın Süleymanlını təbrik edib. "Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm", - deyə "Şah" təbrikində bildirib.

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    V · 12 Oktyabr 15:0730

    Afərinn!!!!

    Cavab yaz
    • Anonim
      Durna · 12 Oktyabr 15:4410

      Aferin ugurlarin bol olsin

      Cavab yaz
  • Anonim
    Xoruz baba · 12 Oktyabr 16:5200

    Təbriklər, QADASI.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.