İdman

“Qarabağ”da özümü xoşbəxt hiss edirəm”

7 Oktyabr 2019 10:45
0 Şərh     Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın müdafiəçisi Faysal Rerras Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlər üçün təşkil olunan brifinqdə bunları söyləyib:
 
- Önəmli qələbə oldu, vacib üç xal götürdük. Oyuna yaxşı başladıq. Matça nəzarət edən tərəf idik. Xeyli qol imkanları oldu. Son 20 dəqiqədə yorğunluq hiss etməyə başladıq. Bu da ağır həftə ilə əlaqəlidi. Uzaq səfərlər, oyunlar yorğunluğa təsir edir.
 
- İlk 7 turda qələbə qazanmısnız. Fantastik startı gözləyirdin?
- Qələbələr ardıcıl gəlirsə, doğrudan da fantastikdi. Çalışmalıyıq ki, bunu saxlayaq. Eyni tempdə davam etməli, oyundan-oyuna düşünməliyik.
 
- Premyer Liqada oynasaz da, Avropa Liqasında ehtiyatda qalırsınız. Bu barədə nə deyə bilərsinz?
- Buna görə narahat deyiləm. Baş məşqçi nə vaxt uyğun hesab etsə, mən hazıram. Məşqlərdə həvəslə çalışıram, üzərimdə çalışıram. Əsas odu komanda qalib gəlir və mən "Qarabağ"dayam. Bu klubda hər şeydən məmnunam və özümü xoşbəxt hiss edirəm. Bu barədə narahat deyiləm.
 
- APOEL-in ilk iki turda uduzması, "Qarabağ"ın səfərdə "Düdelanj"ı məğlub etməsi Avropa Liqasındakı şanslarınızı artırdı. Növbəti oyunlar APOEL-lədi. Qrupdan çıxmaq şanslarınızı necə hesab qiymətləndirirsən?
- Konsentrasiyanı saxlamalı və növbəti oyunlara köklənməliyik. APOEL-lə oyunlar çox vacibdi. Bu oyunlardakı qələbə növbəti mərhələyə çıxmağımıza çox kömək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.