İdman

Teymur Rəcəbov uduzdu

1 Oktyabr 2019 17:52
0 Şərh     Baxış: 1 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatdı.

Milli.Az Chess.az-a istinadən xəbər verir ki, Dünya kubokunun həlledici matçda həmyerlimiz Teymur Rəcəbovla çinli Dinq Liren  qarşı qarşıya gəlib və finalın ikinci partiyası çinli şahmatçının qələbəsi ilə nəticələndi.  

Qeyd edək ki, Teymur Rəcəbov həmçinin Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötərəbər yarışın finalına qədər irəliləyə bilməmişdir.

Xatırladaq ki, final matçı dörd oyundan ibarətdir. Bu oyunlarda qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. 

Oyunlar Bakı vaxtı ilə saat 14:00-da başlayır.   

Finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazandı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.