"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Keşlə"nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Zirə"ni məğlub etdikləri oyundan sonra brifinq keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu öncə oyun barədə danışıb.
- Gözləmirdik ki, oyun bizim üçün belə asan olacaq. Samir Abasov "Zirə"də yaxşı komanda formalaşdırıb. Onlar həmişə iddialı olub, yuxarı yerlər üçün yarışıb. Üç xal bizim üçün vacibdir.
- Vurduğun qolu necə şərh edərsən?
- Özümə maraqlı idi ki, mən niyə beş tur qol vura bilmirdim. Oyundan əvvəl Tanrıdan qol vurmağı istəmişdim. Şükürlər olsun ki alındı. Qolun təkrarına baxandan sonra deyə bilərəm ki, gözəl alınıb, ya yox. Belə görünür, qol həqiqətən də yaxşı alınıb. Mənim qol vurmağımın və bunun gözəl olmasının heç bir fərqi yoxdur, əsas odur, komanda qalib gəldi, bunda mənim də payım oldu.
- "Keşlə"nin bu mövsüm əsas məqsədi nədir?
- Əsas məqdəmiz "Keşlə"ni əvvəlki yerinə qaytarmaqdır. Komanda daha öncə "İnter" adı ilə Avropa Kuboklarında yarışırdı. İndi bizim əsas məqsədimiz çoxlu xal qazanıb, Avropaya vəsiqə əldə etməkdir.
- "Səbail" yaxşı günlərini yaşamır. Bu komanda ilə 2-3-cü yerləri bölüşürsünüz. "Səbail"i gələn turlarda keçə biləcəksiniz?
- "Səbail" yaxşı komandadır, ötən mövsüm o klubda çıxış etmişəm. Baş məşqçiləri Aftandil Hacıyev yaxşı mütəxəssisdir. "Səbail"də elə futbolçular var ki, oyunda istənilən zaman qol vura və təhlükə yarada bilər. Onlara da uğurlar arzulayıram. Düzdür, "Səbail" çətin dönəmdədir. Bütün komandalarda belə çətin günlər ola bilər. İstəyərdim ki, klublarımız yaxşı oynasın, 8 deyil, 12 komandalı çempionat olsun. Klublar daha da çoxalsın. Bu hal futbolçulara, klublara və daha çox milli komandaya xeyir gətirə bilər.
- Sabiq klubun "Neftçi" mövsümə pis başlayıb. Onların bu durumu sizin yuxarı pillələrdə qalmağınız üçün kömək ola bilər?
- İnanıram ki, "Neftçi" çempionluq uğrunda mübarizəyə qayıdacaq. Mən "Neftçi"də oynayarkən də belə çətin günlər olurdu, azarkeşlər də onları anlamalıdır. "Neftçi" Avropa Liqasında yaxşı çıxış etdi. İndi çempionata bir az pis başladılar. Fikir verin, "Qarabağ" bütün oyunlarda qalib gəldi. Bu da onu göstərir ki, onlar daha stabildir. Uzun müddətdir ki, birgə oynayırlar: eyni kollektiv və baş məşqçi. Stabillik "Qarabağ"a uğur gətirir. "Neftçi"nin çempionluq yarışına qayıdacağına inanıram. Onlara uğurlar arzu edirəm.
- Azərbaycan milli komandasına dəvət almamağın nə ilə bağlıdır?
- Milliyə yalnız uğurlar arzulayıram və qələbə gözləyirik. İnanıram ki, onlar Azərbaycan xalqını sevindirəcək. Əlbəttə, yığma komandaya dönmək istəyirəm. Ancaq hər şey ola bilər. Nikola Yurçeviç hələ məni millinin futbolçusu kimi görmür və buna hörmətlə yanaşıram. Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)





