"Mançester Siti" ciddi itki ilə üzləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Con Stounz sıradan çıxıb. Səhər məşqində əzələsi dartılan 25 yaşlı müdafiəçinin 4-5 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Qeyd edək ki, 2016-cı ildə "Mançester Siti"də çıxış edən Stounz bu mövsüm "şəhərlilər"in heyətində 3 oyuna çıxıb.
Milli.Az