İdman

“Sumqayıt” “Zirə”yə, “Sabah” “Qəbələ”yə qarşı

14 Sentyabr 2019 10:06
0 Şərh     Baxış: 361

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış oyunu Sumqayıtda keçiriləcək. Burada şəhərin eyniadlı komandası ilə "Zirə" üz-üzə gələcək. Geridə qalan turlarda hərəyə 1 qələbəsi olan komandalar xal ehtiyatlarını zənginləşdirməyə çalışacaq.
 
Günün digər matçında "Sabah" Masazırda "Qəbələ"ni qəbul edəcək. Sonuncu iki pillədə qərarlaşan bu kollektivlər yeni mövsümdəki ilk qələbələrini qazandırmağa çalışacaq. Bu oyun həm də "Qəbələ"yə müvəqqəti baş məşqçi təyin olunan Elmar Baxşıyev üçün debütlə yadda qalacaq.
 
Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr
 
"Sumqayıt" - "Zirə"

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
"Sumqayıt. Arena", 18:00.
 
"Sabah" - "Qəbələ"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
"Bank Respublika Arena", 20:00.
 
Turun digər iki oyunu sabah keçiriləcək: "Keşlə" - "Səbail", "Qarabağ" - "Neftçi".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.