"Azərbaycanlı futbolçular yaxşı klublarda oynaya bilərlər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç CBC Sport kanalında qonaq olub.
Milli.Az xəbər verir ki, yığmamızın baş məşqçisi maraqlı açıqlamalar verib. O, Xorvatiya ilə 1:1 hesablı heç-heçəyə görə futbolçulara mükafat verildiyini deyib:
"Mükafat olduğunu bilirəm, amma məbləği haqda məlumatım yoxdur. Yəqin ki, Xorvatiya bizi udsaydı, onlar da mükafat alacaqdılar".
"Yurçeviç öz mükafatını alıb?" sualına xorvatiyalı mütəxəssis "Yox, hələ gözləyirəm" cavabını verib.
Yurçeviç millinin Macarıstan və Slovakiyaya məğlub olduğu matçlarda "Qarabağ"ın futbolçularının bilərəkdən zəif oynaması iddialarına da münasibət bildirib: "Ola bilər ki, hansısa futbolçu yaxşı oynamasın. Təbii ki, bu barədə söz-söhbətlər çox olur. Xorvatiyada da olur, Azərbaycanda da. Ancaq bəzən bəzi futbolçular var ki, istəyirsən ki, o, həmişə yaxşı səviyyədə olsun, lakin həmişə hər şey istədiyin kimi olmur. Xüsusən bu təsnifat mərhələsini qeyd edmək istəyirəm ki, bizim rəqiblərin hər biri yüksək səviyyədə olduğuna görə, bəzən hər şey yaxşı alınmır. Ancaq mənim futbolçularım bütün epizodlarda ən yaxşını etmək istəyirlər. Ola bilər ki, bəzən uğur qazanırlar, bəzənsə yox. Xorvatiya ilə oyunda bütün futbolçular yaxşı oynadılar, Təmkin və Emil xüsusilə fərqləndi. Slovakiya və Xorvatiya ilə oyunları xatırlasaq, çox adam nə dediyimi başa düşəcək. Həmin oyunlarda yalnız nəticəyə kökləndik. Macarıstanla matçda daha çox topla oynamağa çalışdıq. Onlar iki standart vəziyyətdən fərqləndi. Slovakiya ilə görüşdə Kuçka və Hamşikin qollarını xatırlayın. Hər iki qol cərimə meydançasının kənarından vurulmuşdu. Belə qolları hər oyunda görmək olmur".
"Yurçeviç nə vaxtsa Avropa klublarında baş məşqçi olsa hansı azərbaycanlı futbolçunu özü ilə aparar" sualına o, "Mənim üçün bu barədə danışmaq bir qədər çətindir. Ancaq deyə bilərəm ki, Ramil Şeydayevin şansını görürəm. Uelsə qarşı onun yaxşı oyununu izlədik. Suala gəlincə, əsasən, gənc futbolçuları aparmaq istərdim. Düşünürəm ki, onlar yaxşı komandalarda oynaya bilərlər. Məsələn, "Kasımpaşa", "Dinamo Zaqreb". Bir neçə ay öncə Renat Dadaşov məşqdə ən yaxşı oyunçularımızdan biri idi. Onun səviyyəsini görürdük. Oyundan sonra məni çox tənqid etdilər ki, onu niyə oynatmırsan. Mahir, Ramil, Bəhlul, Anton özlərini inkişaf etdirsələr, yaxşı yerlərdə ola bilərlər".
Elçin Əlixan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





