İdman

İspaniya klubu "Neftçi"nin gənc futbolçusunu transfer etmək istəyir

22 Avqust 2019 15:59
0 Şərh     Baxış: 2 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin müdafiəçisi Elvin Sərkərov karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "San-Sebastyan-de-Los-Reyes" klubu maraqlanır. Komandanın baş məşqçisi Manolo Xesus Kano Elvinin oyunlarını izlədiyini və rəhbərliyi altında görmək istədiyini bildirib.

"San-Sebastyan-de-Los-Reyes" İspaniyanın Sequnda B Liqasında mübarizə aparır və qarşısına Sequndaya yüksəlmək hədəfi qoyulub. Futbolcunun agenti Əbülfəz Hafizoğlu keçmişdə az da olsa, İspaniyada oynayıb.

Sərkərov "Neftçi"nin yetirməsidir. Azərbaycanın U-21 millisinin üzvü ötən mövsüm Latviyanın "Dauqavpils" klubuna icarəyə verilmişdi.

Elçin Əlixan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.