"Artıq kiminlə qarşılaşacağımız önəmli deyil" - Vaqner da Silva
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın qapıçısı Vaqner da Silva Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubuna qarşı cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı braziliyalı qolikper öncə matçla bağlı danışıb:
- Oyunun ən yaxşısı olmağımla razı deyiləm. Biz bu gün komanda oyunu nümayiş etdirdik. Hər şeyi ortaya qoyduq. Komanda yoldaşlarımı təbrik edirəm. Stadiona gələn hər bir azarkeşə minnətdaram, sona qədər dəstək oldular.
- Oyunun ikinci hissəsində vacib qurtarış etdin. Həmin epizod həlledici an oldu?
- İstənilən halda, qapıçı üçün qurtarış etmək sevindiri haldır. Ona görə də biz bundan bir növ zövq alırıq. Ancaq bu qələbə komandanındır. Hamı bərabər əziyyət çəkdi. İndi diqqətimizi növbəti oyunlara kökləməliyik.
- II mərhələdə "Riqa"nı arzu edirdin, yoxsa "Dandolk"u?
- Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdur. Bizə mərhələni keçmək lazım idi. Artıq kiminlə qarşılaşacağımız önəmli deyil. Oyuna ciddi hazırlaşmalıyıq.
- "Qarabağ"ın yeni qapıçı alacağı iddiaları var. Rəqabətə hazırsan?
- Bu sual mənə aid deyil. Rəqabətdən heç zaman qorxmamışam. Karyeram ərzində hər zaman rəqabət yaşadım və buna hazıram. Digər qapıçımız Şahruddində böyük potensial görürəm. Azərbaycanın böyük qapıçılarından biri olacaq. Rəqabətdən çəkinmirəm. Bu məsələ klubun üzərinə düşür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
XƏBƏR LENTİ
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu





