İdman

"Növbəti mərhələyə yüksələcəyimizə inanırıq" - "Partizani"nin futbolçusu

16 İyul 2019 14:39
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk oyundakı kimi hücum edəcəyik və hücumda daha yaxşı oynasaq, bizdə hər şeyin alınacağına inanıram. Topa nəzarəti itirmək olmaz. Səfər oyununa daha güclü "Partizani" gedir. Biz növbəti mərhələyə yüksələcəyimizə inanırıq. Tiranadakı matçda hər kəs güclü və çətin komanda olduğumuzu gördü".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Partizani"nin futbolçusu Bruno Telyuşi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Albaniya mətbuatına deyib.

O, penaltilər seriyasına hazır olduqlarını söyləyib: "Penaltilər seriyası üçün də hazırlaşmışıq.  Ancaq böyük ehtimalla, hər şey 90 dəqiqə ərzində həll ediləcək".

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Albaniyadakı ilk qarşılaşmada hesab açılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.