İdman

Manolas "Napoli"də

14 İyul 2019 10:43
0 Şərh     Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan yığmasının və "Roma"nın müdafiəçisi Kostas Manolasın "Napoli"yə transferi rəsmiləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Neapol klubu rəsmi saytı vasitəsi ilə 28 yaşlı müdafiəçini transfer etdiyini açıqlayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. "Napoli" bu transfer üçün "Roma"ya 36 milyon avro təzminat ödəyib.

İtaliya mətbuatının yazdığına görə, Yunanıstan yığmasının üzvü Neapol klubunda ilinə 4.5 milyon avro qazanacaq.

Manolas ötən mövsüm A seriyasında 28 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.