İdman

Penaltini qaytaran qapıçı sevinərkən vəfat etdi

12 İyul 2019 13:54
0 Şərh     Baxış: 2 156
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Argentinada 17 yaşlı qapıçı Ramon İsmael Koronel oyun zamanı vəfat edib.

Milli.Az xəbər verir ki, yerli liqada çıxış edən "Union de Qolondrina" klubunun heyətində oyun zamanı sinəsiylə penalti dəf edən qapıçı bunu sevincini qeyd edərkən yerə yıxılıb. Onun ürək tutmasından yerdə qaldığı bəlli olub. Daha sonra xəstəxanaya çatdırılan Ramonun həyatını xilas etmək mümkün olmayıb.

Futbolçunun atası Eduardo Karonel ambulans maşınının meydanın ətrafında olmadığını deyib: "Meydanda ambulansın olmaması biabırçılıqdır. Oğlumu xilas etmək mümkün idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.