İdman

Yaya Ture Çin klubunda

16 İyun 2019 14:20
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" və "Mançester Siti"nin sabiq futbolçusu Yaya Turenin yeni klubu müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, kot-D`ivuarlı futbolçu karyerasını Çində davam etdirəcək. O, 2-ci divizionda çıxış edən "Çindao Haynyu" klubu ilə anlaşıb. Artıq 36 yaşlı yarımmüdafiəçi klubun təmsil olunduğu Çindao şəhərinə gedib. Orada onu azarkeşlər və jurnalistlər qarşılayıb.

Qeyd edək ki, Turenin son klubu "Olimpiakos" olub. O, ötən ilin dekabrında Yunanıstan təmsilçisindən ayrılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.