İdman

Əfsanələr Pakistanda - FOTO

11 Yanvar 2019 09:46
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın keçmişin əfsanəvi futbolçuları portuqaliyalı Luiş Fiqu və braziliyalı Rikardo Kaka Pakistana gediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Karaçi şəhərinə gedən keçmiş futbolçular futbol akademiyasının təlimlərində iştirak edəcəklər.

Fiqu mətbuat konfransında bildirib ki, Pakistanda futbolun təbliği və beynəlxalq arenada tanıtdırılması üçün də çalışacaqlar.

Kaka isə pakistanlı gənc futbolçulara məsləhətlər verib, xəyallarına çatmaq üçün çox çalışmalı olduqlarını söyləyib.

Qeyd edək ki, Kaka və Fiqu Karaçidən sonra Lahor şəhərində də müxtəlif tədbirlərə qatılacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.