Ölkə

Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuşun vaxtı AÇIQLANDI

29 May 2024 10:39
Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, ötən gün 1500 kvota yeri dolub:

"İyunun 4-də Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş olacaq, sonuncu isə iyunun 10-da nəzərdə tutulub. Zəvvarlar bəzi günlər bir, bəzi günlər isə iki təyyarə ilə yola salınacaq".

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.