Kulinariya

Kartofu belə bişirin - Çox dadlı olacaq

29 May 2024 10:27
Baxış: 5 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kartof bir çoxlarının sevimli yeməyidir. Hər kəs onu müxtəlif formalarda hazırlayır. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu dəfə İsveç üsulu kartofun bişirilmə qaydasından danışacağıq. 

Bu dadlı yeməyi hazırlamaq üçün sizə  80-90 dəqiqəyə lazım olacaq. 

Hazırlanması:

Kartofu yuyun və qabığını soyun. Daha sonra onları suşi çubuqlarına keçirin. İti bıçaqla çubuğun üzərində dilimləməyə çalışın. Amma dərindən kəsməyin. Kəsiklərin qalınlığı 3-4 millimetr olması məsləhətdir. Onlar akkordeon kimi görünməlidir.

Kartofu azca duzlu suda 15 dəqiqə qaynadın. Perqamentlə örtülmüş çörək qabına qoyun və üzərinə yağ çiləyin. Əvvəlcədən 240 dərəcəyə qədər qızdırılmış sobada 5 dəqiqə ərzində kartofları bişənə qədər gözləyin.

Bişmiş kartofun üzərinə əzilmiş sarımsağı və pendir rəndələyin. Daha 5 dəqiqə sobada saxlayın. Sondakı nəticədən çox razı qalacaqsınız.

Nuş olsun! 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.