Avto

Niva həvəskarlarına pis xəbər

5 Sentyabr 2024 02:01
Baxış: 13 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ şirkəti "Lada Niva Legend"in bütün trim səviyyələrinin istehsalını müvəqqəti dayandırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, qiymət siyahılarında modelin bütün versiyaları "istehsal olunmayıb" qeyd olunub.

Bildirilir ki, "Niva Legend"in buraxılışı qarşıdan gələn yeniləmə ilə əlaqədar dayandırılıb.

"Konfiqurasiyaların yenilənməsi və yeni variantların əlavə edilməsi planlaşdırılır, bu barədə tezliklə məlumat açıqlanacaq", - AvtoVAZ-dan bildiriblər.

Şirkət həmçinin qeyd edib ki, "Lada Niva Legend" hələ də dilerlərdə mövcuddur.

"Niva"nın yenilənməsinin təhlükəsizlik yastıqlarının görünüşü ilə bağlı olduğu iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.