“Röyal onun üçün bir dünya qurub, biz Zəhraya onu edə bilməzdik”- Tünzalənin bacısı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Tünzalənin yerini heç kim doldura bilməz. O tamam başqa insan idi. Ağrısını, acısını bizə deməməyə çalışırdı, heç ölümdən danışmırdı. Çox inanırdı ki, sağalacaq. Hətta onu xərçəng xəstələrinə nümunə göstərirdilər. Gedib onlarla görüşüb-danışırdı, əhvallarını yüksək tutmağa çalışırdı. Həyat dolu idi bacım"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa, əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Cəfərova deyib. O daha sonra əlavə edib.
"Tünzalənin ən böyük nigaranlığı körpə balası Zəhra idi. Xəstəliyə düçar olandan sonra hər axşam dua edib, ibadətlə məşğul olurdu. Xüsusi vaxtı var idi ibadət üçün. Allaha çox bağlı biri idi. Fikri-zikri Zəhranı böyütmək idi. Hətta ayaqları tutuldu. Ölümündən bir ay öncə dedi ki, eybi yox, əngəlli olum, əngəlli insanlar üçün tamaşa hazırlayacam" deyə o bildirib.
Təranə Cəfərova deyir ki, Tünzalənin həyat yoldaşı qızına istədiyi həyatı yaşadır.
"Biz Gəncədə yaşayırıq. Bakıya gedəndən-gedənə Tünzalənin qızı Zəhra ilə görüşürük. Babası ilə, o biri xalası ilə danışır. Çalışırıq ki, yanında olaq. Zəhra bir növ Tünzalənin yolunu davam etdirir. Serialda, tamaşada rol alır. Anası uşaqlığında necə idisə, Zəhra da elədir. Tünzalə də uşaq olanda o cür idi. Röyala çox minnətdaram. Qızını elə bir qayğı ilə əhatə edib ki, şəxsən biz onu edə bilməzdik. Röyal onun üçün bir dünya qurub. Tünzalənin bütün əşyaları evindədir. Ara-sıra Zəhra onun geyimlərindən istifadə edir, nəsə etməyə çalışır. Elə bil Tünzalə yenidən doğulub. Sadəcə bir başqa dünyada, bir başqa kainatda.. O qədər Tünzalənin hərəkətləri onda var ki.. Aktrisa olub-olmamağını zaman göstərəcək. Hələ qarşıda illər var. Bizim ailəmiz incəsənət ailəsidir. Kiçik bacım da aktrisadır, özüm kuklaçı rəssamam, övladlarım da teatrda çalışır. Bir az ondan təskinlik tapmağa çalışırıq. Əksər sənət dostları bizimlə maraqlanır. Başda Dilarə xanım, Ülviyyə xanım olmaqla.. Hətta serialdan texniki heyətə qədər yazışdığımız şəxslər var. Onlar Tünzaləni unutmurlar" deyə aktrisanın bacısı bildirib.
Bacısı Tünzalənin sənətlə bağlı arzularından da danışıb.
"Tünzalə İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışırdı. Əksər istədiyi rolları oynamışdı. Amma dramatik rollar oynamaq arzusunda idi. Sonra ağrıları imkan vermədi, xəstəlik onu məhv elədi. "Toppuş bacı" kimi sevilirdi. Bu ad onu sevindirirdi. Tünzalə uşaqlıq illərindən artıq çəkili olub. Universitet illərində çəkisi normal idi, sonradan xeyli çəki aldı. Bəzən özündə diskomfortluq hiss edirdi. Ona görə də əməliyyatlara getmişdi. Düzdür, bu problemini dərd etmirdi. Tünzalə 1995-ci ildə universiteti bitirəndən Bakıda yaşayıb. Biz bir-birimizi yaydan-yaya görürdük. Ən çox anamgili yanında qalırdı. Bir müddət o Gəncə Dövlət Kukla Teatrında da işlədi. "Toppuş bacı"-dan əvvəl ona "şar qız" deyirdilər. Yeni il tamaşalarında şar qız obrazı yaradırdı. Sevə-sevə də oynayırdı" deyə aktrisanın bacısı deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





