Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ağdamda vəfat edən 12 yaşlı uşağın fotosun təqdim edir.
-------
10:56
Ağdamda 12 yaşlı uşaq xəstəxanada ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Təzəkənd qəsəbə sakini Teymur Zeynalovun yüksək hərarəti olub, daha sonra vəziyyəti ağırlaşıb. Ailə üzvləri T.Zeynalovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, uşağın həyatını xilas edə bilməyiblər.
Məlumatda qeyd olunur ki, mərhumun körpəlikdən qıcolması (epilepsiya) olub. Bundan başqa, onda gizli şəkər xəstəliyi də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun