Azərbaycanda qardaş bacısını atasının yasında güllələdi - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zaqatalanın Yuxarı Tala kəndində qətl hadisəsi törədilib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, atasının il mərasimində qızı Nətəvan Əhmədova güllələnib.
Şübhəli kimi onun qardaşı Nurlan Əsgərov saxlandılıb.
Məlumata görə, 35 yaşlı qardaşın 44 yaşlı bacısını ov tüfəngi ilə qətlə yetirdiyi bildirilir.
Rayon prokurorluğunun məlumatına görə, Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin digər təfərrüatları da bəlli olub.
Hüquq - mühafizə orqanlarından verilən məlumata görə, Nurlan Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. Onun üzərində indi də məhkumluğu olduğundan elektron qolbaq daşıyırmış.
Nurlan Əsgərovun yaxınları deyiblər ki, son vaxtlar o əsəb sistemində yaranan problemlərə görə dərmanlar içirmiş.
Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik:
---------------
28.05.2024
Mayın 27-də Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindəki evdə 44 yaşlı Natavan Əhmədovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, N.Əhmədovanın müəllim kimi işlədiyi bildirilsə də, onun Zaqatala rayon Çüdülbinə kənd kitabxanasının kitabxanaçısı vəzifəsində çalışması dəqiqləşib.
Qeyd edək ki, hadisənin qısqanclıq zəminində törədilməsi iddia edilib. Bildirilib ki, atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada 35 yaşlı Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.
Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır. N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.
-------
09:51
Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimda hələki məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadəsə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılakən yolda dünyasını dəyişib.
---------
07:42
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.
Bilirilib ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.
--------
23:50
27.05.2024
Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü N.Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü N.Əsgərov saxlanılıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq





