İdman

"Öz işimi vicdanla gördüm. Rahatam" - Qurban Qurbanov

8 Dekabr 2018 13:34
7 Şərh     Baxış: 2 176

Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.

"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək", - o, əlavə edib. "Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb.

O, nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər.

Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun".

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 8 Dekabr 13:5226

    nəylə?))

    Cavab yaz
  • Anonim
    Elxan · 8 Dekabr 13:5384

    Q.Qurbanovda günah yoxdur,azərbaycanlı futbol oynaya bilmir.Bir idman növündə ki,oyunçular öz dövlətinə,millətinə yalnız və yalnız utanc gətirir,o idman növünə əbəs yerə iri həcmdə maliyyə ayrılır.

    Cavab yaz
    • Anonim
      Kişi · 8 Dekabr 14:1040

      Maliyyə lazımdı. Ama cibə yox. Futbol məktəblərinə, Futbola. Oynuya bilmir deyə bir şey yoxdu.

      Cavab yaz
  • Anonim
    /// · 8 Dekabr 14:0061

    Bir Azebaycanli mesqci adini cekin ki.Qurban muellimin ugurlarin tekrarlasin.Belede qardas seni yaxindan taniyanlar bilir ki,nece merd ogulsan duz etdin.Qarabagla inkisaf etmek lazimdi

    Cavab yaz
  • Anonim
    Filantrop · 8 Dekabr 16:1751

    Həmişə demişəm,yenə də təkrarlayıram- eyni zamanda həm klubda,həm də millidə baş məşqçi olmaq doğru deyil.Qurban bəyə sonsuz hörmətim var,çox doğru qərar verib ayrıldı millidən. "Qarabağ"da ona uğurlar!!

    Cavab yaz
  • Anonim
    Sos · 8 Dekabr 16:3710

    Sen geceler ..yat A Gurban ..bu milli duzelen deyil uwaq futbol meydanlari wadliq evleri tikilib inkiwaf yoxdu

    Cavab yaz
  • Anonim
    azarkes · 8 Dekabr 18:1410

    seni bilirik qurban muellim. sen ne bacarirsan onu da etdin. esas futbolumuzu bu gune salanlar bir sey etmelidiler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.