İdman

BCAA, yoxsa Amino - Hansı qida əlavəsi məsləhətlidir? - FOTO

26 Sentyabr 2018 11:54
0 Şərh     Baxış: 2 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir canlının yaşaması üçün protein vacibdir. Protein (zülal) bədəndə boyun, saçın, dırnaqların uzanmasını, əzələlərin böyüməsini, hüceyrələrin yenilənməsini təşkil edir.

Milli.Az Muscle boost Baku-ya istinadla bildirir ki, qida formasında qəbul olunan protein bədəndə amin turşularına çevrilir. Amin turşuları zülalların yaranmasında və quruluşunda əsas rol oynayan komponentlərdir. Amin turşular zəruri (essential) və qeyri-zəruri (non-essential) olmaqla iki yerə ayrılır.

Qida əlavəsi (supplement) kimi hazırda "amino"lar, "bcaa"lar və "glutamin"lər satılır. Onların hər üçünün funksiyası eyni - əzələlələri möhkəmləndirməkdir. Lakin bir-birlərindən fərqləri var.

BCAA (branched chain amino acids) 3 zəruri amin turşusundan (lösin, valin, izolösin) ibarətdir. Bu turşular bədəndə istehsal olunmur. Digər amin turşularından fərqli olaraq qaraciyərdə deyil, əzələlərdə ehtiyat maddə kimi saxlanılır. Məşq zamanı əzələ itkisinin qarşını alır. Kortizol adlanan stress hormonunu azaldır. Bu hormonun azalması isə birbaşa testosteron səviyyəsinin artmasına kömək edir. Hazırda yeni istehsal olunan proteinlərin çoxunun tərkibində var. Qiyməti 300 qram üçün 50-60 manat arası dəyişir.

Amino Acid məşq prosesində məhsuldarlığı və effektivliyi yaxşılaşdırır. Zülal sintezinin artması hesabına əzələ kütləsinin artımını tezləşdirir. Bundan başqa, amin turşuları bərpanı sürətləndirir və əzələləri hərəkətsizlik müddətində dağılmadan qoruyurlar.

Bu saplmentlərin hər ikisi əzələ artımı, yağ yandırılmasına xidmət etsə də, cüzi fərqləri var. Bu fərq onların harada ehtiyat maddə kimi saxlanılmasındadır.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.